Fotoqrafiya, təbiətdə mövcud gözlə görülə bilən maddi varlıq və şəkilləri, işıq və bəzi kimyəvi maddələrin köməyiylə işığa qarşı həssas hala gətirilmiş film, kağız və ya hər hansı bir maddə üzərinə təyin edilən fiziki və kimyəvi bir əməliyyatdır. Söz, Yunanca işıq mənasını verən "photos" və yazı mənasını verən "graphes" sözlərindən meydana gəlib.Yəni işıqla yazmaq mənasını verir. Fotoqrafiya beynəlxalq bir dildir və müasir həyatda üçüncü bir göz vəzifəsini görür..Fotoqrafiya ilə məşğul olanlar bilirlər ki, bu baxmaqla görmənin ayrı-ayrı şeylər olduğunu sübut edir.Fotoşəkil bu günki inkişaf dövründə bir elm və digər elm qollarının da heç şübhəsiz ki ən böyük köməkçisidir.
Fotoqrafiyanın başlanğıc tarixi dəqiq olaraq bilinmir.
VII yüz ildə Cabir İbni Xəyyam adlı bir ərəbin Gümüş Nitratın günəş işığı təsiriylə qaraldığını tapması və XV əsrdə böyük sənətçi Leonardo da Vinçinin qaranlıq otaqda mövcud olan kiçik bir dəliyin xarici dünyadakı görünüşlərini əks etdirməsi fotoqrafiya tarixindəki əhəmiyyətli başlanğıclardır. Sənətçilər İntibah dövründə qaranlıq qutunu tapdılar. Beləcə, işığın girdiyi kiçik bir dəlik vasitəsilə qaranlıq qutunun o biri ucunda hər hansı bir kadrın tərs çevrilmiş bir görünüşünü görə bildilər.. XVIII əsrdə qaranlıq qutunun bir ucuna lupa və digər ucuna da buzlu şüşə qoyularaq görünüş qutunun xaricində də görüldü.
İşığın kimyəvi maddələr üzərindəki təsiri və gümüş duzlarının görüntü alma həssaslığı 200 il əvvəldən bilinirdi.1725-ci ildə, əhəng və gümüş nitrat sürtülmüş bir kağız üzərinə bir şəkil qoyulub günəşə tutulduğunda kağız üzərində bu şəklin bir görünüşünün meydana gəldiyi görüblər.IX əsrin başlanğıcında kağız, gümüş nitrata batırılaraq negatiflər əldə edilib.. Fotoqrafiyanın ilk və əsaslı inkişafı, lakla şəffaf hala gətirilmiş olan kağız üzərindəki bir görünüşün qalay lövhə üzərinə gətirilməsidir.Daha sonra, qalay lövhə üzərinə salınan bir görünüşdə günəş işığı düşən yerlərin ağardığı görüblər.
Niepce ilə başlayan fotoşəkil işləri 1829 da Jacques Mande, Daugerre ilə birləşib 1837 də Daugerreotypes-ı ortaya qoymalarıyla birdən inkişaf göstərməyə başlayıb. Bu əməliyyat gümüşlə qarışdırılmış mis bir lövhənin süngər tozu və zeytunyağı ilə silindikdən sonra 1/16 nisbətində su və nitrat turşu birləşməsində yuyunub yüngül bir atəşdə isidilməsini və ikinci dəfə nitrat turşuya batırılmasını tələb edirdi. Beləcə hazırlanan lövhə yoda batırılıb maşına yerləşdirilir, işıq vəziyyətinə görə 5və ya 40 dəqiqə poza verilirdi. Əldə edilən görünüş 47.5ºC istilikdəki civəni əhatə edən bir nimçənin içinə qoyulana qədər ortaya çıxmırdı.
1840-cı ildə işığı 16 dəfə çox keçirən bir lupa istifadə edilərək poza müddəti qısaldıldı. Daugerre tipi ilə əldə edilən görünüş çox dəqiq olsa da gümüş mis qarışığı lövhənin asanca qırılması və bu tərəfdən çox bahalı olması inkişafın qarşısını kəsdi.
Eyni müddətdə Henry Fox Talbot bir sıra kimyəvi maddələrə batırılmış kağızlar üzərində kadr əldə etməyi bacarsa da yavaş yavaş qaralması və kadrın dəqiq olmaması səbəbiylə asanca unuduldu. Ancaq Talbotun bu kəşfi üçün ilk dəfə "FOTOŞƏKİL" sözü istifadə edilmişdir. Bir müddət sonra da negativlərin müsbətə çevrilməsi bacarıldı. Beləcə müasir fotoqrafiyanın təməli atılıb.
Daha sonra fotoşəkil kağızları, yumurta ağına batırılaraq hamar bir səth əldə edilmişdir. Ancaq bu üsul detalları ortaya çıxarmaq da müvəffəqiyyətsiz olub. Yumurta ağının yodlaşması isə müvəffəqiyyətli nəticə verib. Bundan sonra yaş lövhə üsulu daha sonra da quru lövhə üsulu tapılıb.
Bu tarixlərdə bir fotoşəkil çəkə bilmək üçün ən böyük poza müddəti 1/25 saniyə idi.
1852-ci ildə Corc Eastman, Kodak maşınlarında 10 poza çəkə bilən bromur qablı Jelatin rulolar olan Kodak fotoşəkil maşınlarını bazara sürərək çox böyük alətlər daşınması lazım olan fotoqrafa asan hərəkət imkanı təmin etdi. Foto çəkildikdən sonra maşın fabrikə göndərilir və jelatin film kağızdan ayrıldıqdan sonra bir şüşə üzərinə yerləşdirilir və sonra yenidən maşına film doldurularaq sahibinə qaytarılırdı.
1852-ci ildə Corc Eastman, Kodak maşınlarında 10 poza çəkə bilən bromur qablı Jelatin rulolar olan Kodak fotoşəkil maşınlarını bazara sürərək çox böyük alətlər daşınması lazım olan fotoqrafa asan hərəkət imkanı təmin etdi. Foto çəkildikdən sonra maşın fabrikə göndərilir və jelatin film kağızdan ayrıldıqdan sonra bir şüşə üzərinə yerləşdirilir və sonra yenidən maşına film doldurularaq sahibinə qaytarılırdı.
1870 də Hermann Vogel emülsiyonları müxtəlif vannalara batıraraq həssaslıqlarını artırma yolunu tapdı. 1880-ci ildə qırmızıya qarşı həssaslığı çox məhdud olan ortokomatik filmin yanında, pankromatik filmlər ortaya çıxdı. Fotoşəkil 19. və 20. əsrdə müxtəlif astigmat lupaların, sellüloza əslli filmlərin istifadə edilməsi, fotoaparat və film sənayesində inkişaflarla günümüzdəki vəziyyətinə gəldi.